Logo

“Sənin maddi durumun hamıdan yaxşıdır, bəs, nə istəyirsən?” – Fəzail İbrahimli

“Sənin maddi durumun hamıdan yaxşıdır, bəs, nə istəyirsən?” – Fəzail İbrahimli
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Sənin maddi durumun Azərbaycanda hamıdan yaxşıdır. Nə istəyirsən, nədir səni qane etməyən?".

Sfera.az xəbər verir ki, bu sualı Milli Məclisin plenar icaslında Fəzail İbrahimli həmkarı Vahid Əhmədova ünvanlayıb. O, parlamentdəki son müzakirədən narahatlığını ifadə edib:

"Hazırda müxtəlif istiqamətlərdə Azərbaycanın üzərinə gəlirlər. Amma bizim müzakirə etdiyimiz məsələyə baxın. Azərbaycan parlamentində oturub parlamentə qarşı nalayiq ifadə işlədən hər kəs cəzasını almalıdır. Vahid Əhmədov deyir ki, güya parlamentə cəmi 3 nəfər haqlı olaraq seçilib. O, digər deputatların heysiyyatı ilə oynayır. Vahid Əhmədov, nə üçün mənim heysiyyatımla oynayırsan? Hamını necə saxtakar adlandırırsan?".

F.İbrahimli Vahid Əhmədovun müsahibəni əvvəldən gözə aldığını qeyd edib:

"Vahid Əhmədov nəyi, necə dediyini yaxşı bilir. O müsahibəsindəki fikirləri qəsdən, bilərək deyib".

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR