“Vahid Əhmədova o haqqı kim verib ki...” – Deputatla bağlı tədbir görülməsi tələb olundu

“Vahid Əhmədova o haqqı kim verib ki...” – Deputatla bağlı tədbir görülməsi tələb olundu

"Bu yaxınlarda həmkarımız Vahid Əhmədov xoşagəlməz müsahibə verib. Blogerin qərəzli suallarının təsiri altına düşən deputat dövlətin həyata keçirmiş olduğu işlərə şübhə ilə yanaşdığını sərgiləyib ".

 

Sfera.az xəbər bunu Milli Məclisin plenar iclasında deputat Fəzail Ağamalı deyib. Millət vəkili həmkarının partiyalara qarşı da qərəzli mövqedə dayandığını qeyd edib:

 

"Məni narahat edən məqam millət vəkilinin Azərbaycan dövlətçiliyinə qərəzli münasibəti, Prezidentin sosial siyasətinə kölgə salmasıdır. O, dövlət başçısının korrupsiyaya qarşı mübarizə siyasətinə  müharibə elan edib. Azərbaycanda korrupsiyanı sistemin üzərinə yükləmək cəhdləri təəssüf doğurur. Heç bir partiyanın üzvü olmadan partiyalar haqqında fikirlər söyləyir. Azərbaycan xalqına bağlı olan, müxalif mövqedə duran partiyaların üzərinə getməyə, onların fəaliyyətinə kölgə salmağa çalışır. Sizə o haqqı kim verib ki, Milli Məclisdə təmsil olunan partiyaların üzərinə gəlirsiz? Görünən odur ki, o, indiki hakimiyyətlə ciddi problemlər yaşayır. Bu, Milli Məclisin nüfuzuna da hörmətsizlikdir".

 

Deputat Vahid Əhmədov barədə Milli Məclisin İntizam Komissiyasının tədbir görməli olduğunu təklif edib.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR