Ukrayna üçün KRİTİK BÖLGƏ: “Kiyev dərhal hərəkətə keçməlidir, əks halda..”

Ukrayna üçün KRİTİK BÖLGƏ: “Kiyev dərhal hərəkətə keçməlidir, əks halda..”

Artıq 6 aydan çoxdur ki, Donetsk vilayətinin Baxmut şəhərində döyüşlər davam edir. Rusiya ordusu şəhəri bütünlüklə ələ keçirmək istəyir. Ukrayna Silahlı Qüvvələri isə qarşı tərəfi şəhərdən çıxarmaq üçün çalışır. 

 

Bununla bağlı Sfera.az-a danışan Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov deyib ki, Baxmut hər iki tərəf üçün strateji əhəmiyyətlidir:

 

“Rusiya şəhəri tamamilə işğal edərsə, Donetsk vilayətinə nəzarəti xeyli dərəcədə təmin etmiş olacaq. Bu isə Rusiyanın Ukraynanın cənubunda üstünlüyü ələ alması deməkdir. Bunu Ukrayna müdafiəçiləri də bilirlər. Ona görə də var gücləri ilə müqavimət göstərirlər. Digər tərəfdən, Baxmut uğrunda döyüşlər təkcə strateji yox, həm də psixoloji baxımdan əhəmiyyətlidir. Belə ki, tərəflərdən birinin Baxmutda nəzarəti tam təmin etməsindən sonra qarşı tərəfdə psixoloji sarsıntının yaşanması ehtimalı böyükdür. Bu, təkcə orduda yox, həm də xalqın ictimai rəyində özünü göstərəcək. Ukraynanın planlaşdırdığı əks- hücum əməliyyatlarını ən qısa vaxtda başlatması vacibdir”.

 

Müsahibimiz bildirib ki, rəsmi Kiyevin əks-hücum əməliyyatı barədə xəbərdarlıqları artıq Rusiyanı narahat etməyə başlayıb:

 

“Amma sözdən hərəkətə keçməyin vaxtıdır. Əks halda, Baxmutda vəziyyət daha da qəlizləşə bilər. Rusiya Silahlı Qüvvələri hər ötən gün Baxmutda daha da möhkəmlənməyə çalışır. Ukrayna tərəfinin bunun qarşısını almağa çalışması vacibdir. Görünür, Baxmut Rusiya üçün, həqiqətən, vacibdir. Ukraynanın isə Baxmutdan asanlıqla çıxacağını düşünmürəm. Əgər bu olsa və əvəzində heç bir irəliləyiş əldə olunmasa, rəsmi Kiyev hərb meydanında üstünlüyü əldən verə bilər”.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR