Türkiyə və İranın xarici işlər nazirləri telefonla danışdı
Kateqoriya məlum deyil
İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
Bu barədə İranın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı tərəflər bir-birilərini Ramazan bayramı münasibətilə təbrik ediblər.
Həmçinin ikitərəfli və regional məsələlər müzakirə olunub.
Xarici işlər nazirləri telefon danışığında İran və Türkiyə prezidentlərinin salamlarını və təbriklərini çatdırıblar.






