Logo

Türkiyədə hakim partiyanın ofisinə silahlı BASQIN: 4 güllə...

Türkiyədə hakim partiyanın ofisinə silahlı BASQIN: 4 güllə...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) ofisinə silahlı basqın olub.

Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən gecə İstanbulun Kocasinan səmtində baş verən hadisə nəticəsində ölən olmayıb.

Qeyd olunur ki, hələlik şəxsiyyəti müəyyən edilməyən naməlum şəxs partiyanın koordinasiya bürosunun qarşısında havaya atəş açıb, 4 güllə binanın yuxarı mərtəbələrinə dəyib.

Hadisə yerinə çoxlu sayda polis əməkdaşları cəlb olunub. Faktla bağlı ilkin araşdırma aparılır.

Qeyd edək ki, oxşar hadisə hakim partiyanın Kuleli qərargahının qarşısındakı ərazisində də baş verib. Polis üç şübhəli şəxsi həbs edib.

İnci

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR