Logo

Stoltenberqin Kiyevə səfərinin məqsədi BƏLLİ OLDU: “Əks-hücumla bağlı...”

Stoltenberqin Kiyevə səfərinin məqsədi BƏLLİ OLDU: “Əks-hücumla bağlı...”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xəbər verdiyimiz kimi NATO Baş katibi Yens Stoltenberq Kiyevdədir. Bu barədə Ukraynanın “Kyiv İndependent” nəşri məlumat yayıb.

Sfera.az “Tass”a istinadən bildirir ki, Stoltenberqin səfər məqsədi bəlli olub.

Belə ki, agentliyin Brüsseldəki diplomatik mənbəsinin verdiyi məlumata görə, alyans rəhbərinin Kiyevə səfəri aprelin 21-də Almaniyanın Ramşteyn aviabazasında Ukrayna üzrə təmas qrupunun görüşü ilə bağlıdır.

“Stoltenberqin Ukraynaya səfəri Ramşteyn görüşünə hazırlığın yekun mərhələsidir. Burada Ukrayna ordusunun gözlənilən əks-hücumuna qədər bu ölkəyə hərbi dəstək tədbirləri müzakirə olunacaq”, - mənbə deyib.

Günay Rəsulqızı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR