"Putin buna görə əhalinin dəstəyini almağa çalışır" - ABŞ rəsmisi
Kateqoriya məlum deyil
"Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinə səfəri Rusiyanın işlərinin yaxşı getmədiyini sübut edir".
Sfera.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pyer brifinqdə bildirib.
Onun sözlərinə görə, Putinin səfəri Rusiyanın Ukraynaya qarşı müharibədə vəziyyətinin o qədər də yaxşı olmadığından xəbərdar olduğuna işarədir.
Ağ Evin mətbuat katibi əlavə edib:
"O, yəqin ki, ordusunun təsirsiz olduğunu bildiyi üçün əhalinin dəstəyini almağa çalışır".
İnci






