Azərbaycanın axtardığı türkiyəli biznesmen İtaliyada tutuldu
Kateqoriya məlum deyil
Azərbaycanın İnterpol vasitəsilə beynəlxalq axtarışa verdiyi türkiyəli biznesmen tutulub.
Sfera.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Cinayət Məcəlləsinin 213.3-cü (külli miqdarda vergiləri, işsizlikdən sığorta və məcburi dövlət sosial ödənişlərindən yayınma) maddəsi ilə ittiham edilən və ölkədən çıxdığına görə barəsində axtarış elan edilmiş Türkiyə vətəndaşı, 1964-cü il təvəllüdlü Şükrü Çakır İtaliya polisi tərəfindən saxlanılıb. Onun Azərbaycana ekstradisiyası üçün tədbirlərin görüldüyü bildirilir.
Məlumata görə, Şükrü Çakır Azərbaycanda bir sıra dövlət layihələrinin podratçısı olan "Çakır Yapı" şirkətinin prezidentidir.






