"Prezidentin çıxışı onu göstərir ki, antiterror əməliyyatları..." - ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 18-də Salyan şəhərində Azərbaycan Televiziyasına verdiyi müsahibə kifayət qədər diqqətçəkən məqamlarla yadda qaldı. 

 

Prezidentin Azərbaycan Televiziyasına verdiyi müsahibədə ilk diqqətçəkən məqam şübhəsiz separatçıları ilə bağlı qəti mövqe ortaya qoyması oldu. 

 

Misal üçün Prezident bildirib ki, “Hazırda özləri üçün qondarma adlar uyduran separatçılar, – biri özünü prezident adlandırır, biri özünü nazir adlandırır, biri nə bilim nə parlament sədri adlandırır, – bu təlxəklər toplusu, nəhayət bilməlidir ki, bizim səbrimizlə oynamaq olmaz”.


Əslində ölkə başçısı bu istiqamətdə çıxışları bundan öncə də edib. Bu dəfəki müsahibəsində də bu məsələyə yer verməsi onu deməyə əsas verir ki, rəsmi Bakı Xankəndidə heç bir qondarma qurum, rejim, dövlət tanımır və bundan sonra da tanımayacaq. 

 

Prezidentin çıxışından həm də bu qənaətə gəlmək olar ki, Bakı Xankəndi ilə rəsmi və qeyri-rəsmi təmaslar qurub, lakin bu təmaslar sırf prosesin sülh yolu ilə reinteqrasiya prosesi çərçivəsində tənzimlənməsi mahiyyəti daşıyıb. 

 

“Biz onlara müxtəlif yollarla dəfələrlə izah etməyə çalışmışıq ki, onlar ya bizim sözümüzlə oturub duracaqlar, ya da ki, oradan rədd olacaqlar və orada yaşayan, onların faktiki olaraq girovuna, əsirinə çevrilmiş erməniləri də rahat buraxacaqlar. Mən əminəm ki, hazırda Qarabağda yaşayan erməni əhalisinin əksəriyyəti Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırdır” - Prezident deyib.

 

Göründüyü kimi, Bakı Xankəndidəki erməni icması və konkret şəxlər ilə təmasdadır və müsbət reaksiyalar alır. Lakin separatçı rejimin sərgilədiyi destuktiv mövqe proseslərin sülh yolu ilə həllinə mane olur. Bu mənada Prezidentin çıxışındakı sərt ton Bakının yumşaq güc siyasətinin hər an sərtləşə biləcəyi, rejimin sıradan çıxması üçün antiterror əməliyyatlarına başlana biləcəyi ehtimallarını yüksəldir.


Bütün hallarda separatçıların yolu praktiki və siyasi baxımdan bağlanıb. Onların Bakıya “görüş təklifi” də bunu deməyə əsas verir. Lakin Bakı bir dəfə bu görüşdə iştirak edib.

 

Növbəti görüş mütləq Bakıda olmalıdır. Mümkündür ki, Bakı sonuncu dəfə “Bakıda görüşmək və reinteqrasiyanı müzakirə etmək” təklifini elan edəcək. Separatçılar bu görüşün keçirilməsinə də mane olsa, Azərbaycan praktiki addımların atılmasına başlanacaq. 

 

Müəllif: Politoloq Turan Rzayev


OXŞAR XƏBƏRLƏR

Prezident: "Qarabağ Universitetinin yaradılması tarixi hadisədir"

Qarabağ Universitetinin yaradılması hesab edirəm ki, tarixi hadisədir.   Sfera.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Qarabağ Universitetinin...

Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara XƏBƏRDARLIQ!

Son günlər keçmiş məcburi köçkünlər arasında bəzilərinin işğaldan azad edilən torpaqlarda onlara dövlət tərəfindən bağışlanan evləri kirayə verərək, Bakıya qayı...

Mütəxəssisdən "Temu"dan istifadə edənlərə XƏBƏRDARLIQ! - "Bu məlumatları dərhal silin"

"Temu"nun xakerlər tərəfindən ələ keçirildiyi və şəxsi məlumatların oğurlandığı iddia olunur.   Bəs bu iddialar həqiqəti əks etdirirmi? ...

"Paşinyanın o açıqlaması Bakıya "razılaşa bilərik" mesajıdır" - ŞƏRH

Ötən gün Nikol Paşinyan Ümumdünya Erməni Sammitində deyib ki,  tranzit qaz kəməri Ermənistan ərazisindən keçərsə, ölkə Azərbaycandan qaz almağa hazırdır. &...

Məşhur aktrisa YENİ SERİALDA: 15 milyon qazanacaq - FOTO

Türkiyənin məşhur aktrisası Beren Saat yeni seriala çəkilir.   Sfera.az xəbər verir ki, 4 bölümdən ibarət olacaq serial yalnız dijital...

Azərbaycanda kişilər niyə daha gec evlənir? - STATİSTİKA

Azərbaycanda kişilərin nikaha daxilolma yaşı 30-u keçib.   Sfera.az xatırladır ki, kişilərin nikaha daxilolma yaşı 30-a ilk dəfə 2020-ci ildə çatıb....