Logo

Çindən ABŞ-yə ETİRAZ: "Nə tərəfik, nə də təhrikçi, əmrlərə boyun əyməyəcəyik!"

Çindən ABŞ-yə ETİRAZ: "Nə tərəfik, nə də təhrikçi, əmrlərə boyun əyməyəcəyik!"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Çin heç vaxt Rusiya və Ukraynaya silah tədarük etməyib, Pekin şantajı qəbul etmir və ABŞ-nin bu məsələ ilə bağlı verdiyi əmrlərə boyun əyməyəcək.

Sfera.az xəbər verir ki, bu barədə Çin hökumətinin Koreya yarımadası məsələləri üzrə xüsusi nümayəndəsi Liu Şiaminq TASS-a müsahibəsində bildirib. .

“Bir daha qeyd etmək istərdim ki, Çin Ukrayna böhranının nə təhrikçisi, nə də tərəfidir və heç vaxt Ukrayna münaqişəsinin tərəflərindən heç birinə silah verməmişdir”, - o qeyd edib.

Bildirək ki, Çinin müdafiə naziri Li Şanfu aprelin 16-dan Moskvada səfərdədir. Bazar günü o, Rusiya Prezidenti Vladimir Putin tərəfindən qəbul edilib. Rusiya lideri çıxışında iki ordu arasında çoxşaxəli əlaqələri də vurğulayıb.

Əzizə

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR