“Paşinyan bu dəfə də ardını gətirməsə...” - AÇIQLAMA

“Paşinyan bu dəfə də ardını gətirməsə...” - AÇIQLAMA

“Ermənistanın Baş naziri Nikol Paşinyanın parlamentdəki son çıxışında iki fikir diqqət cəlb edib”.

 

Sfera.az bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

 

Ekspertin sözlərinə görə, sözügedən ilk çıxış Nikolun hökumətin əsas vəzifəsi ilə bağlı səsləndirdiyi fikirdir:

 

“Paşinyan hökumətin əsas vəzifəsinin xalqı ağrılı və güzəştli qərarlara hazırlamaq olduğunu deyib. Onun ikinci cümləsi isə təxminən belədir: “Ermənistanın inkişafının və ərazisinin genişlənməsinin başqalarına qarşı istifadəsi ilə barışmayacaqlar”.

 

Bu iki cümlə Azərbaycanla bağlıdır və bu mənada Paşinyan haqlıdır. Paşinyanın vəzifəsi xalqını Azərbaycanın ərazi bütövlüyünə və Qarabağı Azərbaycan ərazisi kimi tanımağa hazırlamaqdır. Əslində müharibədən məğlubiyyətlə ayrılan Paşinyana yenidən səs verən susqun çoxluq Qarabağı Azərbaycan ərazisi kimi tanımağa çoxdan hazırdır. 

 

İkinci fikri də reallığı əks etdirir ki, Azərbaycan Ermənistanın hərbi gücünün artmasının yenidən bizə qarşı istifadəsinə seyrçi qalmayacaq. Gərək Ermənistan Azərbaycan və Türkiyə ilə yazılı anlaşmalarla sülh əldə etsin ki, inkişafı ehtimalı heç kimə mane olmasın”.

 

E.Şahinoğlu xatırladıb ki, Nikol Paşinyan ötənilki çıxışında Ermənistanın Qarabağ yükünü daşımadığını bildirib: “Ancaq o, bu çıxışından sonra addım atmadı. İndi də lazımi sözlər deyib, bu dəfə də ardını gətirməsə, özünün də dediyi kimi ölkəsi gərginlikdən qurtula bilməyəcək”.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR

"Instagram"dan bu şəxslərə MƏHDUDİYYƏT - Paylaşımlar görünməyəcək

"İnstagram" 16 yaşdan kiçik istifadəçilərin hesablarını “Gənc hesab” kimi tanıyacaq və onlara bir sıra məhdudiyyətlər tətbiq edəcək. &...

Şənbə günü yağış yağacaq - PROQNOZ

Sentyabrın 21-də Azərbaycanda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   ...

Torpaqlardan istifadə ilə bağlı 3 mindən çox pozuntu aşkarlandı - VİDEO

Bu ilin I yarısında Azərbaycanda torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirləri çərçivəsində ölkə üzrə ümumilikdə 8 410 mo...

Prezidentin ötən gün açılışında iştirak etdiyi məktəbdən görüntülər - VİDEO

Elm və Təhsil Nazirliyi Prezident İlham Əliyevin ötən gün Xankəndi şəhərində açılışında iştirak etdiyi Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin videogör...

Bu kolleclərə yeni direktorlar TƏYİN EDİLDİ - FOTO

Azərbaycanda 3 kollecə direktor təyinatı olub.   Bu barədə Sfera.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.    ...

Altı ildir sevgili olan məşhur cütlük evləndi - FOTO

Türkiyənin məşhur aktrisası Meriç Aral həmkarı Serkan Keskin ilə evlənib. Sadə nikah mərasiminə üstünlük verən cütlüyün nikah şahidləri Efe Tuncer və ...