Netanyahu İsraildə İran şahzadəsi Rza Pəhləvini QƏBUL ETDİ

Netanyahu İsraildə İran şahzadəsi Rza Pəhləvini QƏBUL ETDİ

İsrailin Baş naziri Benyamin Netanyahu Rza Pəhləvi ilə görüşüb.

 

Sfera.az xəbər verir ki, İsrail Kəşfiyyat Nazirliyindən verilən yazılı açıqlamaya görə, son İran şahı Məhəmməd Rza Pəhləvinin oğlu, sürgündəki şahzadə Rza Pəhləvi Holokostu anım tədbirləri çərçivəsində İsrailə gədib.

 

Netanyahu Qərbi Qüdsdəki Yad Vaşem Holokost Muzeyində anım mərasimlərinə qatılan Pəhləvi ilə görüşüb. İsrailin Kəşfiyyat naziri Gila Gamlieli görüşdən şəkillər paylaşıb. Görüşün məzmunu ilə bağlı əlavə məlumat verilməyib.

 

Nazirlikdən verilən açıqlamada bildirilir ki, sürgündə olan Pəhləvinin səfəri “İrandan İsrailə ən yüksək səviyyəli səfərdir”.

 

Qeyd edək ki, İranın devrilmiş şahı Məhəmməd Rza Pəhləvinin oğlu şahzadə Rza Pəhləvi Vaşinqtonda yaşayır və qərbyönlü mövqeyi ilə tanınır.

 

Əzizə

 


OXŞAR XƏBƏRLƏR

Tramp FED-i bu qərara görə TƏNQİD ETDİ - Son 4 ildə ilk dəfə...

ABŞ prezidentliyinə namizəd, respublikaçı Donald Tramp ABŞ Federal Ehtiyat Sistemini (FED) faiz dərəcələrini 50 baza bəndi azaltma qərarına görə tənqid edi...

“Azərbaycan da buna görə müvafiq addımlar atıb” – VİDEO

“Əslində, son 50 ildə informasiya texnologiyalarında sürətli inkişaf məlumatların qorunmasının vacibliyini artırır. İndi bəzi ölkələr üçün gizli informasi...

Zaxarova: "Qərb Cənubi Qafqazda sülhün təmin edilməsinə qarşıdır"

Qərb ölkələrinin Cənubi Qafqaz regionu üçün dağıdıcılıqdan başqa heç bir gündəmi yoxdur.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliy...

"Instagram"dan bu şəxslərə MƏHDUDİYYƏT - Paylaşımlar görünməyəcək

"İnstagram" 16 yaşdan kiçik istifadəçilərin hesablarını “Gənc hesab” kimi tanıyacaq və onlara bir sıra məhdudiyyətlər tətbiq edəcək. &...

Şənbə günü yağış yağacaq - PROQNOZ

Sentyabrın 21-də Azərbaycanda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   ...

Torpaqlardan istifadə ilə bağlı 3 mindən çox pozuntu aşkarlandı - VİDEO

Bu ilin I yarısında Azərbaycanda torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirləri çərçivəsində ölkə üzrə ümumilikdə 8 410 mo...