Logo

İsrail XİN rəhbəri sabah Azərbaycana səfər edəcək

İsrail XİN rəhbəri sabah Azərbaycana səfər edəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İsrailin xarici işlər naziri Eli Kohen aprelin 18-də Azərbaycana səfər edəcək.

Sfera.az xəbər verir ki, bu barədə “Report”a “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Lev Spivak deyib.

Səfər çərçivəsində İsrail XİN başçısının aprelin 19-da Bakıda keçiriləcək Azərbaycan-İsrail Hökumətlərarası Birgə Komisiyasının növbəti iclasında iştirak edəcəyi, həmçinin ölkə rəsmiləri ilə bir sıra görüşlər keçirəcəyi gözlənilir.

Daha sonra E.Kohen aprelin 20-də İsrail səfirliyinin açılış mərasiminin keçiriləcəyi Türkmənistana səfər edəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR