Putinin “sağ əli” məğlub olacaqlarını ETİRAF ETDİ – Priqojindən gözlənilməz açıqlama

Putinin “sağ əli” məğlub olacaqlarını ETİRAF ETDİ – Priqojindən gözlənilməz açıqlama

“Ukraynanın əks-hücumu çox güman ki, Rusiyanın müdafiəsini darmadağın edəcək”.

 

Sfera.az “The Telegrahp”a istinadən bildirir ki, bunu “Vaqner”in rəhbəri Yevgeni Priqojin deyib. Nəşr qeyd edib ki, “Putinin aşbazı” ləqəbi ilə tanınan Priqojin ilk dəfədir ki, müharibənin perspektivləri ilə bağlı açıq danışıb və Ukraynanın gözlənilən böyük hücumundan narahatlığını dilə gətirib.

 

“Ukrayna ordusu əks-hücuma keçəcək və haradansa müdafiəni yarıb keçə biləcək”, deyə Priqojin vurğulayıb.

 

Xatırladaq ki, Ukrayna rəhbərliyi böyük əks-hücuma keçəcəklərini bəyan etsələr də, hara və nə zaman zərbə endirəcəklərini açıqlamayıblar:

 

Son fərziyyələrdə isə Dnepr çayı boyunca yerləşən işğal altındakı Melitopol şəhərinin adı hallanır. Rusiya qüvvələri Melitopol yaxınlığında kilometrlərlə xəndəklər qazıblar, lakin Priqojin müdafiə sisteminə çox az güvəndiyini bildirib.

 

“Rusiya üçün əks-hücum başlayandan sonra cəbhədəki vəziyyətin pisləşməsi riski var”, deyə o söyləyib”.

 

Nəşr qeyd edib ki, Priqojin Rusiya Müdafiə Nazirliyini və hərbi elitanı Ukraynanı məğlub edə bilməməkdə günahlandırıb. 

 

“Onların diqqəti daha çox öz mövqelərinə, rahatlığına və kapitalına yönəlib”, deyə “Vaqner”in  rəhbəri bildirib. 

 

ABŞ-da yerləşən Müharibənin Tədqiqi İnstitutu isə qeyd edib ki, Priqojin bu fikirləri Rusiyanın hərbi məğlubiyyətindən faydalanmaq istədiyi üçün səsləndirib.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

RF XİN: "Qərbin Ermənistanı hərbiləşdirməsi Cənubi Qafqazda sabitliyi pozacaq"

Ermənistanın Qərb ölkələri tərəfindən hərbiləşdirilməsi Cənubi Qafqaz regionunda gərginliyin artmasına səbəb olacaq.   Sfera.az xəbər verir ki,bunu&n...

İsrail-Livan müharibəsi başlayarsa, İran da qoşulacaq? - Politoloqdan AÇIQLAMA

Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın Yaxın Şərqdəki müharibəyə qoşulacağı ilə bağlı xəbərdarlıq edib: “Biz görürük ki, savaş Livan ...

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə TƏBRİK ETDİ

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə nazirlik "X&q...

İsrailin Azərbaycandakı səfiri Dövlət Suverenliyi Günü münasibətilə paylaşım etdi

İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycanın Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib.   Sfera.az xəbər verir ki, səfir paylaşımınd...

Ermənistanın prezidentliyə namizəd olmuş partiya rəhbəri ÖLDÜ

Ermənistanda müxalif “Milli Birlik” partiyasının rəhbəri Artaşes Qeqamyan ölüb.   Sfera.az-ın xəbərinə görə, bu barədə “Johovurd&rd...

İsrail Livanın cənubuna yeni hava zərbələri ENDİRDİ

İsrail Livanın cənubuna yeni hava hücumları həyata keçirib.   Sfera.az xəbər verir ki, bu barədə “The Times Of Israel” məlumat yayıb. ...