Logo

Hulusi Akar Zakir Həsənova başsağlığı məktubu göndərib

Hulusi Akar Zakir Həsənova başsağlığı məktubu göndərib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin milli müdafiə naziri Hulusi Akar aprelin 11-də Azərbaycan-Ermənistan sərhədində 3 Azərbaycan əsgərinin şəhid olması ilə bağlı azərbaycanlı həmkarı Zakir Həsənova başsağlığı məktubu göndərib.

Sfera.az xəbər verir ki, “Əziz qardaşım” ifadəsi ilə başlayan məktubda Akar Azərbaycan xalqının ağrılarını ürəkdən hiss etdiyini bildirib.

Nazir Türkiyə və Azərbaycanın "iki dövlət, bir millət" anlayışı ilə kədərdə və sevincdə bir yerdə olduğunu bildirib:

“İndiyə qədər etdiyimiz kimi şəhidlərimizin haqq mübarizəsində də bütün imkanlarımızla yanında olmağa davam edəcəyik. Şəhidlərimizə Allahdan rəhmət diləyir, yaxınlarının, qardaş Azərbaycan xalqının və Müdafiə Nazirliyinin dəyərli əməkdaşlarının kədərlərini paylaşır, başsağlığımızı çatdırırıq".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR