Bakı və Sarayevo arasında tarixi saziş: İon-Adriatik kəmərinin TAP-a inteqrasiyası...

Bakı və Sarayevo arasında tarixi saziş: İon-Adriatik kəmərinin TAP-a inteqrasiyası...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bosniya və Herseqovinaya rəsmi səfəri başa çatıb. 

 

Prezidentin səfəri ilə bağlı öncə onu qeyd etmək lazımdır ki, bu səfər Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç dəvəti əsasında baş tutub. Belə ki, xanım Tsviyanoviç fevralın 28-də Azərbaycan Respublikasına səfərə gəlmiş, bu səfər zamanı Prezident İlham Əliyevi  Bosniya və Herseqovinyaya səfərə dəvət etmişdir.

 

Bakı və Sarayevo arasında qardaşlaşma sazişi

 

Bosniya və Herseqovina ilə Azərbaycan Respublikası arasında münasibətlər kifayət qədər köklü bir keçmişə sahibdir. Rəsmi Sarayevo Azərbaycanın müstəqilliyini 9 fevral 1995-ci ildə tanımış, elə həmin gün etibarilə də iki ölkə arasında diplomatik münasibətlər qurulmuşdur.

 

Azərbaycanın Bosniya və Herseqovinada Diplomatik Nümayəndəliyi 1 mart 2011-ci ildə təsis olunmuşdur. İki ölkə tarixində ən diqqətçəkən məqam isə şübhəsiz 1972-ci ildə hələ Sovet İttifaqı və Yuqoslaviyanın mövcudluğu dövründə Bakı və Sarayevo arasında qardaşlaşma sazişinin imzalanmasıdır. Məhz o vaxtdan Sarayevo və Bakı qardaş şəhərlər sayılır. 

 

Son illərdə isə Bosniya və Herseqovina ilə Azərbaycan arasında strateji və iqtisadi əlaqələrin dərinləşməsi müşahidə olunur. Xüsusilə qeyd etmək lazımdır ki, Bosniya və Herseqovina 44 günlük ikinci Qarabağ müharibəsi zamanı və müharibədən sonra Azərbaycanın mövqeyini açıq şəkildə dəstəkləyib. Rəsmi Sarayevo beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə qəbul edilməyə çalışılan qətnamə və sənədlərə qoşulmadığı kimi əleyhinə də çıxış edir.

 

Səfirliyin açılması

 

Azərbaycan Prezidenti İlham Əliyev və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç aprelin 13-də Sarayevoda mətbuata bəyanatlarla çıxış ediblər. Çıxış zamanı xanım Tsviyanoviç bildirib ki, Bosniya və Herseqovina Azərbaycanda səfirlik açmaq niyyətindədir.

 

“Çox şadıq ki, Azərbaycan artıq Bosniya və Herseqovinada səfirliyini açmışdır və mən məmnuniyyətlə qeyd edə bilərəm ki, biz də ölkəmizin Bakıda səfirliyini açmaq qərarına gəlmişik. Biz bunu həyata keçirəcəyik və bu məsələ ilə bağlı da cənab Prezidentə məlumat vermək istəyirəm ki, biz hər üç üzv yekdil qərar verdik ki, Bakıda səfirliyin açılması vacibdir” - Jelka Tsviyanoviç deyib.

 

Azərbaycanın Bosniya və Herseqovinada səfirliyi fəaliyyət göstərir. Rəsmi Sarayevonun da bu gün ölkəmizdə səfirlik açmaq qərarına gəlməsi şübhəsiz iki ölkə münasibətlərinin inkişafına gətirib çıxaracaq. Qeyd edim ki, Bosniya və Herseqovina ilə həm enerji, həm də neftdən kənar sektorlar üzrə əməkdaşlıq imkanları var.

 

Bosniya və Herseqovina da Azərbaycandan qaz almaq niyyətində olan ölkələrdəndir. Bu, İon-Adriatik kəmərinin TAP-a inteqrasiyası ilə mümkündür. İki ölkə bu istiqamətdə razılığa gəlsə bu Azərbaycan qazının Bosniya və Herseqovinaya nəql edilməsi deməkdir. Bu həm də Avropa bazarına əlavə 5 milyard kubmetr qazın nəql edilməsi deməkdir. Çünki İon-Adriatik kəmərinin ötürücülük qabiliyyəti 5 milyard kubmetrdir. 

 

Rusiya-Ukrayna müharibəsi fonunda Qərbin enerjiyə olan asılılığını nəzərə alsaq Bosniya və Herseqovina ilə Azərbaycan arasında bu sahədə əməkdaşlığın genişləndirilməsi həm də Avropanın enerjiyə tələbatının ödənilməsinə xidmət edəcək.

 

Müəllif: Politoloq Turan Rzayev


 


OXŞAR XƏBƏRLƏR

SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdi

20 sentyabr - Neftçilər Günü peşə bayramı münasibətilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Ulu Öndər Heydər...

"Kapital Bank"dan neftçilərə qızıl kimi TƏKLİF

20 Sentyabr Neftçilər Günü münasibətilə ölkənin birinci bankı Kapital Bank neftçilərə bu il də xüsusi fürsət təqdim edir. Belə ki, neftçilər 10.9%-dən başlayan ...

Azərbaycan neft və qazdan nə qədər qazanıb? - RƏQƏMLƏR

Bu gün “Əsrin müqaviləsi”nin bağlanmasından 30 il keçir. “Əsrin müqaviləsi” Azərbaycan üçün böyük imkanlar yaradıb. Bu imkanlar arasında...

Ukraynada bu şəxslərə teleqramdan istifadə qadağan edildi

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası hərbçi və dövlət qulluqçularına xidməti cihazlarda teleqram mesencerindən istifadəni qadağan edib.   ...

Sabah leysan yağacaq - XƏBƏRDARLIQ

Sentyabrın 21-də Bakıda və rayonlarda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. &nbs...

Xanımların DİQQƏTİNƏ - Bu kosmetoloqların qurbanı ola bilərsiniz!

Qadınların gözəllik üçün etdirdiyi kosmetoloji prosedurlarla yanaşı, kosmetoloqların da sayında artım müşahidə edilir. Lakin onların əksəriyyətinin bu sahə...