Rusiyalı səfir: “Amerikalılar bizi hədələyir”

Rusiyalı səfir: “Amerikalılar bizi hədələyir”

Rusiyanın ABŞ-dəki səfiri Anatoli Antonov amerikalılar tərəfindən hədələndiklərini deyib.

 

Sfera.az bildirir ki, o, bu barədə Rusiyanın “Birinci Kanalı”na açıqlamasında söyləyib. Antonov buna səbəb kimi ““The Wall Street Journal” qəzetinin jurnalisti Evan Qerşkoviçin həbsini göstərib.

 

“Amerikalılar bizi yaxın gələcəkdə Qerşkoviçi azad etməsək, cavab tədbirləri görməklə hədələyiblər. Onların necə davranacağını görəcəyik. Bəlkə də bizim üçün qarşılıqlı münasibət göstərməyin, yəni Moskva və bütövlükdə Rusiyada işləyən amerikalı jurnalistlərin sayını Vaşinqton və Nyu-Yorkda işləyən rus jurnalistlərin sayına qədər azaltmağın vaxtı çatıb”, - səfir əlavə edib.

 

Qeyd edək ki, ABŞ-də dərc edilən nüfuzlu “Wall Street Journal”ın (WSJ) müxbiri Evan Qerşkoviç FTX əməkdaşları tərəfindən Yekaterinburq Tarix Muzeyinin yaxınlığındakı “Bukovski Qril” restoranında saxlanılıb. Qerşkoviç casusluqda ittiham olunur. Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, jurnalist ABŞ-nin göstərişi ilə Rusiya hərbi-sənaye kompleksinin müəssisələrindən biri haqqında dövlət sirri təşkil edən məlumatlar toplayırmış. Bildirilir ki, Evan rusların “Vaqner” özəl hərbi şirkəti ilə münasibətləri barədə material hazırlayıb, yerli fəallardan müsahibə alıb.

 

Günay Rəsulqızı

 


OXŞAR XƏBƏRLƏR

SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdi

20 sentyabr - Neftçilər Günü peşə bayramı münasibətilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Ulu Öndər Heydər...

"Kapital Bank"dan neftçilərə qızıl kimi TƏKLİF

20 Sentyabr Neftçilər Günü münasibətilə ölkənin birinci bankı Kapital Bank neftçilərə bu il də xüsusi fürsət təqdim edir. Belə ki, neftçilər 10.9%-dən başlayan ...

Azərbaycan neft və qazdan nə qədər qazanıb? - RƏQƏMLƏR

Bu gün “Əsrin müqaviləsi”nin bağlanmasından 30 il keçir. “Əsrin müqaviləsi” Azərbaycan üçün böyük imkanlar yaradıb. Bu imkanlar arasında...

Ukraynada bu şəxslərə teleqramdan istifadə qadağan edildi

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası hərbçi və dövlət qulluqçularına xidməti cihazlarda teleqram mesencerindən istifadəni qadağan edib.   ...

Sabah leysan yağacaq - XƏBƏRDARLIQ

Sentyabrın 21-də Bakıda və rayonlarda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. &nbs...

Xanımların DİQQƏTİNƏ - Bu kosmetoloqların qurbanı ola bilərsiniz!

Qadınların gözəllik üçün etdirdiyi kosmetoloji prosedurlarla yanaşı, kosmetoloqların da sayında artım müşahidə edilir. Lakin onların əksəriyyətinin bu sahə...