Moskva görüşündə razılaşma mümkündür? – Politoloqdan açıqlama

Moskva görüşündə razılaşma mümkündür? – Politoloqdan açıqlama

“Rusiyada hər hansı razılaşmanın əldə olunacağını düşünmürəm”.

 

Bunu Sfera.az-a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın Azərbaycan və Ermənistan arasında ehtimal olunan Moskva görüşü ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib:

 

“Orada Rusiya hər iki dövləti qane etməyəcək təklif irəli sürəcək, buna görə razılaşma olmayacaq. Ya da Ermənistan və Azərbaycan elə razılaşma şərtləri səsləndirəcək ki, bunu da rəsmi Moskva qəbul etməyəcək, birmənalı şəkildə prosesi  pozacaq.  Bilirsiniz, Vaşinqtonda görüş keçirilməsi ilə bağlı razılaşma oldu. Rusiya dərhal belə bir görüş təklifini ortaya atmaqla, əslində Vaşinqton və Brüssellə rəqabət apardığını göstərməyə çalışır”.

 

Müsahibimiz bildirib ki, Rusiya hələ görüşün xarici işlər nazirləri, yoxsa prezidentlər səviyyəsində olacağını da müəyyənləşdirə bilməyib:

 

“Ortada ancaq bir təklif var. Baş tutacaq ya yox, müsbət nəticələr gözləniləcəkmi və.s - bütün bunlar Rusiya üçün önəmli deyil.  Onsuz da onların məqsədi burada sülh əldə etmək deyil. Burada önəmli olan yeganə məsələ bölgə uğrunda savaş, ABŞ və Avropa ilə mübarizəni davam etdirməkdir”.

 

Xatırladaq ki, ötən gün Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Azərbaycan və Ermənistan arasında danışıqların növbəti mərhələsinin Rusiyada keçiriləcəyini deyib. O qeyd edib ki, Bakı ilə İrəvan Rusiyanın görüş təklifini qəbul edib. Zaxarova görüşün hansı səviyyədə keçiriləcəyini və nə vaxt baş tutacağını açıqlamayıb.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Azərbaycan neft və qazdan nə qədər qazanıb? - RƏQƏMLƏR

Bu gün “Əsrin müqaviləsi”nin bağlanmasından 30 il keçir. “Əsrin müqaviləsi” Azərbaycan üçün böyük imkanlar yaradıb. Bu imkanlar arasında...

Ukraynada bu şəxslərə teleqramdan istifadə qadağan edildi

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası hərbçi və dövlət qulluqçularına xidməti cihazlarda teleqram mesencerindən istifadəni qadağan edib.   ...

Sabah leysan yağacaq - XƏBƏRDARLIQ

Sentyabrın 21-də Bakıda və rayonlarda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. &nbs...

Xanımların DİQQƏTİNƏ - Bu kosmetoloqların qurbanı ola bilərsiniz!

Qadınların gözəllik üçün etdirdiyi kosmetoloji prosedurlarla yanaşı, kosmetoloqların da sayında artım müşahidə edilir. Lakin onların əksəriyyətinin bu sahə...

Universitetlərin keyfiyyət göstəricisi necə müəyyənləşdirilir? - Təhsil eksperti aydınlıq gətirdi

Bildiyimiz kimi, ölkəmizdəki ali təhsil müəssisələrinin hər birində keçid balları müxtəlifdir. Xüsusən də, prestijli universitetlərə qəbul balları digərlərinə n...

Səfir: “Əsrin müqaviləsi”nin ABŞ-Azərbaycan münasibətlərində xüsusi yeri var

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libby “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümü ilə əlaqədar qəbul təşkil edib.   Sfera.az s...