“Müxalifət deyiləndə sərhəd qoyun!\" - MM-də Sabir Rüstəmxanlıdan ETİRAZ

“Müxalifət deyiləndə sərhəd qoyun!\

“Müxalifət deyiləndə bir sərhəd qoyulmalıdır. Mən də müxalifətəm və burada oturmuşam". 


Sfera.az xəbər verir ki, bunu parlamentin bugün keçirilən plenar iclasında deputat Sabir Rüstəmxanlı deyib.

 

Millət vəkili Xalq Hərəkatından danışıb:

 

“Burada da bir sıra müxalif partiya liderləri var. Onların hamısı müharibə dövründə dövlətin, xalqın yanında oldu. Xalq Hərəkatının hamısın üstündən xətt çəkmək olmaz. Mən də o hərəkatın iştirakçısı olmuşam. 1988-ci ildən başlayan Xalq Hərəkatı SSRİ-nin yıxılmasına, Azərbaycanın müstəqillik qazanmasına səbəb oldu. Ona görə də bu məsələlərdən danışanda diqqətli olmaq lazımdır”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR