İlham Əliyevlə Paşinyan Vaşinqtonda görüşəcək? – Erməni nəşrindən İDDİA

İlham Əliyevlə Paşinyan Vaşinqtonda görüşəcək? – Erməni nəşrindən İDDİA

Azərbaycan və Ermənistan liderləri görüşə bilər.

 

Sfera.az bildirir ki, bu barədə Ermənistanın "Past" nəşri məlumat yayıb. Qeyd olunub ki, ilkin razılaşmaya görə Ermənistanın Baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında mayın ikinci yarısında baş tutmalı olan növbəti görüş böyük ehtimalla Vaşinqtonda keçiriləcək.

 

“Xarici İşlər Nazirliyindəki mənbəmiz onu da bildirir ki, tərəflərin yanaşmaları üst-üstə düşür. Bundan sonra Vaşinqton platformasında danışıqlar aparılacaq", deyə nəşr bildirib.  Məlumata görə, görüşün təşəbbüskarı ABŞ-nin dövlət katibi Entoni Blinkendir.

 

"Past" həmçinin, Avropa dairələrinin də bu məsələdə fəal olduğunu vurğulayıb:

 

“Avropa Şurasının rəhbəri Şarlz Mişel bu yaxınlarda Paşinyan və Əliyevlə iki ölkə arasındakı münasibətlər və danışıqlar prosesinin vəziyyəti ilə bağlı bir neçə telefon danışığı aparıb. Mişelin xüsusilə son günlərdə baş verən hadisələr və sərhəd hadisələri ilə maraqlanması diqqət çəkir”.

 

Qəzetin diplomatik mənbəsinin bildirdiyinə görə, avropalılar Ermənistan-Azərbaycan liderlərinin görüşünün onların himayəsi altında - yaxın həftələrdə Brüsseldə keçirilməsi üçün əllərindən gələni edirlər.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR