Logo

“Belarusa hücum olarsa..” – Lukaşenko Putinlə razılaşmasından danışdı

“Belarusa hücum olarsa..” – Lukaşenko Putinlə razılaşmasından danışdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşüb.

Sfera.az bildirir ki, o, keçən həftə Rusiya Prezidenti Vladimir Putinlə baş tutan görüşünə diqqət çəkib.

Belarus lideri bunları deyib: “Putinlə görüşümüzdə siz və ekspertlərin Belarusa gəlməsini, burada təhlükəsizlik məsələlərini müzakirə etməyi qərarlaşdırdıq. Danışıqlarda ümumi şəkildə razılaşdırılıb ki, Belarusa hücum olarsa, Rusiya Federasiyası ölkəmizi öz ərazisi kimi qoruyacaq. Bunlar bizə lazım olan təhlükəsizlik öhdəlikləridir”.

Görüşdə həmçinin, birləşmiş müttəfiq qrupun döyüşə hazırlığı və koordinasiyası məsələləri müzakirə olunub.

Türkan

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR