Çinin yüksəlişi və ABŞ-nin süqutu: Si Cinpin addım-addım dünya hakimliyinə - “The Telegraph”ın ANALİZİ

Çinin yüksəlişi və ABŞ-nin süqutu: Si Cinpin addım-addım dünya hakimliyinə - “The Telegraph”ın ANALİZİ

Böyük tektonik sürüşmələri müşahidə etmək bəzən mümkün olmur. Digər vaxtlarda bu, mümkündür və ayaqları yerdə olan hər kəs yerin hərəkətini hiss edə bilər. Çinin yüksəlişi və Amerikanın süqutu da belədir. 

 

Sfera.az iki ölkənin son durumu barədə  “The Telegraph” nəşrinin analizini təqdim edir.

 

Birləşmiş Ştatlar fikrini sadəcə bir hekayə üzərinə yönəldib: keçmiş prezident Donald Trampın adını hallandırmaq istəyən iddialı solçu rayon prokuroru tərəfindən uydurulmuş ittihamlarla məhkəməyə verilməsi.

 

Solçular indiyə qədər görülməmiş miqyasda oğurluğa və hətta zorakı cinayətə icazə verirlər. Bu işə hamının iş başında yarıyuxulu olduğunu görməyə adət etdiyi bir prezident və adı var, özü yox bir vitse-prezident rəhbərlik edir.

 

Çin Kommunist Partiyasının isə öz üslubu var. Son həftələrdə Sədr Si Cinpin səudiyyəlilər və iranlılar arasında razılaşma əldə etmək üçün Yaxın Şərqə səfər edib. Yaxın Şərqdə Səudiyyə Ərəbistanının hakim olduğu sünni bloku ilə İranın başçılıq etdiyi şiə bloku arasında yaranan böyük uçurum birdən-birə yaxınlaşmağa doğru irəliləyib.

 

Səudiyyə Ərəbistanı və İranın yüksək səviyyəli nümayəndələri bu həftə Pekində başqa bir şəkil çəkdirmək üçün yenidən bir araya gəlsələr də, sövdələşmənin davamlılığı burada əsl məqam deyil. Məsələ burasındadır ki, Vaşinqtonun belə bir sövdələşmədə güc vasitəçiliyində oynayacağı rolu indi məhz Pekin öz üzərinə götürüb.

 

Ötən ayın sonunda Si Cinpin Çinin Ukraynadakı müharibəni bitirmək planını təqdim etmək üçün Moskvaya getdi. Bu, plan Rusiyaya işğal etdiyi əraziləri əlində saxlamağa imkan verdiyi üçün ABŞ və tərəfdarları tərəfindən rədd edildi.  Amma məsələ burasındadır ki, yenə də təşəbbüsü ələ alan, dünya səhnəsində parad keçirən, danışan və beynəlxalq sistemin qoruyucusu kimi özünü göstərən çinlilər oldu.

 

Bu həftə Emmanuel Makron ehtiramını bildirmək üçün Pekinə getdi. Əvvəllər Ukraynadakı müharibəni dayandırmaq üçün Fransa prezidenti Vaşinqtona gedərdi. Bu gün isə Fransa prezidenti mənasız şeylər üçün də Çinə gedir.

 

Makron birgə mətbuat konfransında Moskvanı danışıqlar masasına oturtmaq üçün Cinpinə arxalana biləcəyini açıqlayıb. Si Cinpin isə "Çin rasional və sakit qalmaq üçün Fransa ilə birgə beynəlxalq ictimaiyyətə müraciət etməyə hazırdır” deməklə kifayətlənib.

 

Hətta dünən bununla bağlı birmənalı olmayan birgə bəyanat da yayıblar. Mövzu Çin olduğu üçün, təbii ki, heç bir mətbuat konfransından söhbət gedə bilməz. 

 

Cənab Makron, axı siz təmsil etdiyiniz ölkənin adət-ənənələrinə hörmətlə yanaşmalısınız… Çin kimi söz azadlığı olmayan bir ölkədə (hökumət onlara nə deyirsə, mətbuat da onu yazır)  mətbuatın suallara nə ehtiyacı var?

 

Bu, sadəcə olaraq, işin beynəlxalq diplomatiya tərəfinə diqqət yetirmək üçündür. Ancaq eyni şey bölgədən bölgəyə dəyişə bilər. Biz Britaniyada cinsi və irqi ayrıseçkiliyi mübahisə edərkən Çinin ən yaxşı siyasətçiləri və elçiləri ticarət sövdələşmələri edərək dünyanı dolaşırlar.

 

Məhz bu həftə Çin yenidən Amerikanın həndəvərində idi. Bir sıra danışıqlardan sonra Çin və Braziliya arasında yeni saziş imzalandı. Burada diqqət çəkən amil var: sövdələşmə bir vaxtlar belə danışıqlar üçün standart olan Amerika dollarından tamamilə yan keçib. Braziliya və Çin tənzimləmələrin yuanın ABŞ dollarına çevrilməsinə ehtiyac olmadan birbaşa reala dəyişdirilməsinə hesablandığını bildiriblər.

 

Braziliyanın Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (ApexBrasil) bunun həm xərcləri azaldacağını, həm də iki ölkə arasında daha yaxşı ikitərəfli ticarət və investisiyaları təşviq edəcəyini açıqlayıb. Danışılmayan hissə isə məhz budur: bizə Amerika və ya onun valyutası lazım deyil.

 

Bir çox cəhətdən bu, təəccüblü deyil. Çünki bir-birinin ardınca gələn Amerika hökumətləri bütün siyasi zolaqlardan son onilliklərdə ABŞ dollarının mövqeyini azaltmaq üçün çox şey edib. Prezident, Nümayəndələr Palatasının və ya Senatın Demokrat və ya Respublikaçı olmasının fərqi yoxdur, ABŞ hökumətinin xərcləri və borcları artmağa davam edir. Demokratlar məsul olduqları zaman borc götürürlər və onu ev heyvanları layihələrinə sərf edirlər. Respublikaçılar rəhbərlik etdikləri zaman həmişə eyni cavabı verirlər: "hökumətin borcları artıb"


Bu xüsusilə özünü Covid-19 pandemiyası zamanı göstərdi. 

 

Çin əlbəttə ki, dünyaya virusu yaydı,  Amerikanın və digər qlobal iqtisadiyyatların bağlanmasına səbəb oldu.

 

Bunun ardınca bizim kimi ölkələrdə iqtisadiyyat yalnız indi yenidən canlanır. Ancaq gələcək nəslin təhsilinə təsirlər, yığılan borclar  Çin virusunun təsirləri ilə ömrümüzün sonuna qədər yaşayacağımız anlamına gəlir. Bu arada, Pekin virusun ilk növbədə necə ortaya çıxdığını öyrənmək üçün ABŞ və digərləri ilə əməkdaşlıq etməyəcək. 

 

Keçmişimizdəki hər şeyin iddia edilən qanunsuzluqları haqqında gülünc və məlumatsız sətirlərlə diqqətimizi yayındırsaq da, Çin sadəcə öz gələcəyinə davam edir. 


Məsələn, texnoloji dünyada Çin firması olan TikTok platformasının çox şübhəli olduğu illərdir məlumdur. Həqiqətən, uzun müddətdir məlumat toplamaqda ittiham olunur. Platforma İngiltərə və Amerikada uşaq və yeniyetmələri ovsunlayıb, lakin Çin gəncləri üçün heç bir problem yoxdur.

 

Uşaqlarımız və bəzi böyüklər - platforma üçün ən son axmaq rəqsi edərkən, məhsul kimi istifadə olunduqlarının fərqində deyillər. Onları məlumatlandırmaq lazımdır.  Bəs bununla bağlı nə edirik? Vestminsterdən Vaşinqtona qədər bizi çənginə alan Çin texnologiyasını necə idarə etmək barədə bitməz-tükənməz müzakirələr var. Solçular isə belə sualın qaldırılmasının “irqçilik" ola biləcəyindən narahatdırlar.

 

Bu halda Roma yanarkən Neronun skripkada ifa etməsi yada düşür. Amma indiki liderlərin etdikləri bundan da pisdir. Cəmiyyətlərimiz və hökumətlərimiz bəzən TikTok-da, bəzən Pekindəki Makron kimi axmaq rəqslər edir, Çin Kommunist Partiyası isə rəqs edən ayaqlarımızın altından yeri hərəkət etdirir...

 

Aynil


OXŞAR XƏBƏRLƏR

Stallone qızları üçün 25 milyon dollarlıq dəbdəbəli malikanə alır - FOTOLAR

78 yaşlı Hollivud aktyoru Silvestr Stallone üç qızı - Sofiya, Sistine və Skarlet üçün dəbdəbəli hədiyyə etmək qərarına gəlib. Sfera.az bildirir ki, məşhur ...

"Qarabağ" "Neftçi"yə qarşı: Hesab açıldı

Azərbaycan Premyer Liqasının VII turunda təşkil olunan "Qarabağ" - "Neftçi" oyunu başlayıb.   Sfera.az xəbər verir ki, matç saat ...

Bu ərazilərdə görmə məsafəsi məhdudlaşacaq

Dumanlı və yağıntılı hava şəraiti ilə əlaqədar avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xid...

Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara XƏBƏRDARLIQ

Son günlər keçmiş məcburi köçkünlər arasında bəzilərinin işğaldan azad edilən torpaqlarda onlara dövlət tərəfindən bağışlanan evləri kirayə verərək, Bakıya qayı...

Ərdoğan Harrislə görüşə bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası ərəfəsində Nyu-Yorkda ABŞ prezidentliyinə namizəd Kamala Harrisl...

"Müharibədəki zirehli jiletimi Faiq Ağayevə bağışladım, qəbul etmədi"

"Aparıcı İlqar Mikayıloğlu hərbi bayramların birində mənə zirehli jilet bağışlamışdı".   Sfera.az xəbər verir ki, bunu Xalq artisti Faiq Ağ...