Logo

Səfir Elmira Axundova vəzifəsindən geri çağırılır? – RƏSMİ AÇIQLAMA

Səfir Elmira Axundova vəzifəsindən geri çağırılır? – RƏSMİ AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ukraynadakı səfirimiz Elmira Axundovanın vəzifəsindən geri çağırılması ilə bağlı yayılan məlumata XİN-dən münasibət bildirilib.

Sfera.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə “Yeni Müsavat”a açıqlamasında bu barədə onlarda hər hansı məlumat olmadığını deyib.

“Səfirin geri çağırılması və yeni səfirin təyinatı cənab Prezidentin səlahiyyətindədir. Ukraynadakı səfirlə bağlı sərəncam olarsa, o zaman bu barədə rəsmi məlumat veriləcək”, - A.Hacızadə vurğulayıb.

Qeyd edək ki, Bakupost.az Xarici İşlər Nazirliyindəki etibarlı mənbəyə istinadla Elmira Axundovanın geri çağırıldığını, Ukraynadakı diplomatik nümayəndəliyin yeni rəhbərinin isə artıq müəyyənləşdiyini yazıb. Lakin Prezident sərəncamı üçün prosedura uyğun olaraq, Ukrayna hökumətindən dəvətnamə, daha doğrusu, aqreman alınmalıdır. Bununla bağlı lazımi sənədlər Ukrayna Xarici İşlər Nazirliyinə təqdim olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR