Lavrov Türkiyədən Azərbaycan və Ermənistana SƏSLƏNDİ

“Moskva Cənubi Qafqaz ölkələri arasında əməkdaşlığın davam etdirilməsinin tərəfdarıdır, regiondakı bütün maneələr aradan qaldırılmalıdır”.
Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Ankarada keçirdiyi mətbuat konfransında bildirib.
O, 2020-ci ilin noyabrında Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyannamənin şərtlərinin yerinə yetirilməsin çağırıb.
Rusiyanın baş diplomatı həmçinin əlavə edib ki, Moskva Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir.
“Ermənistanla Türkiyə arasında bizim dəstəyimizlə başlayan münasibətlərin normallaşması prosesini alqışlayırıq. Biz regionda nəqliyyat əlaqələrinin açılması səylərini təqdir edirik. Məlum olduğu kimi, Azərbaycan, Rusiya və Ermənistan liderləri üçtərəfli razılaşmalar əldə ediblər, bu razılaşmalar işin davam etdirilməsi üçün əsas olaraq qalır. Ümid edirik ki, qeyri-regional tərəfdaşlarımız bu prosesə müdaxilə etməyəcək, əksinə, tərəfləri ciddi şəkildə üçtərəfli saziş icra etməyə istiqamətləndirəcəklər”,- Lavrov deyib.
Əzizə