Logo

“Qanunları sərtləşdirməliyik, İrandan maliyyələşənlər...” - Deputat

“Qanunları sərtləşdirməliyik, İrandan maliyyələşənlər...” - Deputat
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"İran, erməni pulu ilə maliyyələşənlər ölkəmiz haqqında yalan məlumatlar yayırlar. Biz yalan məlumatlarının qarşısını almaq üçün qanunları sərtləşdirməliyik”.

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Siyavuş Novruzov deyib.

Millət vəkili yalan məlumatlara qarşı qanunların sərtləşdirilməli olduğunu bildirib:

“Ordumuz yeni mövqelər ələ keçirəndə bəziləri ermənidən betər od tutub yanırlar. Azərbaycan ordusu 11 yüksəklikdə mövqeyini qoruyub saxlayır. Bu məsələlərdə guya filan qədər şəhid verdiyimizlə bağlı yalan məlumatlar yayırlar, ailələrin hansı hisslər keçirdiyini nəzərə alınmır. Biz həmkarlarımızla bunun qarşısını almalıyıq, heç nədən çəkinməməliyik. İran və xarici dövlətlərin pulu ilə maliyələşən şəxslərin qarşısını almalıyıq. Hərə bir kanal açıb bildiyini də danışır, bilmədiyini də".

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR