Logo

“İran İsrailə görə özündən çıxıb...” – Fəzail İbrahimli

“İran İsrailə görə özündən çıxıb...” – Fəzail İbrahimli
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Siyasətini məkr və riyakarlıq üzərində quran dövlətin sonu heç vaxt yaxşı bitməyib. İran parlamentinin qəbul etdiyi bəyanatda şər, böhtan və riyakarlığın şahidi oluruq".

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Fəzail İbrahimli bu gün keçirilən plenar iclasda çıxışı zamanı bildirib.

“İran Azərbaycanın İsraildə səfirlik açmasından narahatdır. Azərbaycanın İsraillə diplomatik əlaqələri onu özündən çıxarıb. Hətta İran o qədər özündən çıxıb ki, bizim daxili işimizlə bağlı ölkənin parlamenti bəyanat qəbul edib. Məgər indiyə kimi, heç bir müsəlman dövləti İsraillə diplomatik əlaqələr qurmayıb? Bəs İranın xristian dövləti olan Ermənistanla əlaqəsi niyə hələ də davam edir? Riyakarlığın dərəcəsinə baxın” – deyə, deputat vurğulayıb.

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR