“Onların içində yüzlərlə aldanmış şəxs var” - Açıqlama

“Onların içində yüzlərlə aldanmış şəxs var” - Açıqlama

Məlum olduğu kimi, Dövlət Təhlükəsizliyi Xidməti, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən “Kərimə dövləti” qurmaq iddiasında olan və İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən şəxslər saxlanılıb.

 

Ümumiyyətlə, son vaxtlar bu istiqamətdə davamlı əməliyyatların keçirildiyini,  dövlət maraqlarına zidd hərəkətlər edən iranpərəstlərin aşkar edildiyinin şahidi oluruq.

 

Maraqlıdır, son əməliyyat tədbirindən sonra iranpərəstlərin sayının azalacağı gözlənilirmi?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən beynəlxalq məsələlər üzrə siyasi şərhçi Əziz Əlibəyli İranın Azərbaycanda dövlətçilik əleyhinə şəbəkə qurmaqda bir neçə məqsədinin olduğunu deyib:

 

"Bu əməliyyatların əsas məqsədi İran tərəfindən dini hissləri istismar olunan, yetişdirilən şəxslərin ifşasıdır. Onlar Azərbaycanda “Kərimə dövləti” qurmağa, "Hüseyniyyun" terror təşkilatının prinsiplərindən istifadə edərək Azərbaycan dövlət və dövlətçiliyinə hücumlar təşkil etmək, ictimai asayişi, təhlükəsizlik mühitini pozaraq dövlət qurumları ilə vətəndaşlar arasında ciddi narazılıq atmosferi yaratmaqdan ibarətdir. Bu əməliyyatlar İranla aparılan psixoloji-diplomatik savaşın mühüm tərkib hissələrindən ibarətdir. Azərbaycanda bu şəbəkə 30 ildir fəaliyyət göstərir və bu müddətdə şəbəkə üzvləri azalmaq əvəzinə artıb. Onların gözlərini İslam şiəliyi adı ilə boyayıb, imamların adları ilə istismar ediblər. İndi Azərbaycana qarşı hücumları sionist və digər arqumentlərlə bəzəyib ortaya atmaqdadırlar. Bu savaşın köklündə dayanan səbəblər Azərbaycanın Qarabağ müharibəsindəki qalibiyyəti və Zəngəzur dəhlizini açmaq istəyidir. İran əslində buna qarşı savaş aparır".

 

Ekspert İranın ölkə gənclərinin sağlamlığının qəsdinə dayandığını da vurğulayıb:

 

"İran Kərimə dövlətini Azərbaycan gənclərinin beyinlərinə yazıb onları bədbəxt etməklə yanaşı, gənclərimizin sağlamlığını təhlükə altına alan narkoticarətin yayılmasına maraq göstəir. Azərbaycan dövləti bu məsələdə təkcə hüquq mühafizə orqanlarının həbsləri ilə maraqlı deyil, həm də dini siyasətin mənəvi ehkamları, dinimizdən irəli gələn tövbə məsələsini də qabartmalıdır. Bu şəxslərin içərisində yüzlərlə aldanmış şəxs var və onlar qəbul etməlidir ki, dövlətçiliyə qarşı cinayət etmək olmaz. Bunun üçün onlar tövbə etsələr, həqiqətlərin aşkar olunmasında, təhlükənin qarşısının alınmasında hüquq mühafizə orqanları ilə əməkdaşlıq etsələr, onlar üçün daha yaxşı olar. Bu isə öz növbəsində sözügedən şəbəkənin üzvlərinin sayının azalması ilə nəticələnər".

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...