Rusiya, İran, Suriya və Türkiyə XİN başçıları Moskvada görüşə bilər

Rusiya, İran, Suriya və Türkiyə XİN başçıları Moskvada görüşə bilər

Rusiya, İran, Suriya və Türkiyə xarici işlər nazirlərinin Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılmasına dair görüşü Moskvada baş tuta bilər.


Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

 

"Moskvada dörd ölkənin xarici işlər nazirlərinin müavinləri səviyyəsində nümayəndə heyətlərinin görüşü yüksək səviyyəli diplomatlar səviyyəsində görüşün hazırlanmasına həsr olunub. Qarşıdakı müddətdə bu görüş Moskvada keçirilə bilər, biz gözləyirik”, - Türkiyənin baş diplomatı deyib.

 

Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyi bildirmişdi ki, Rusiya, İran, Suriya və Türkiyənin yüksək rütbəli diplomatları aprelin 3-4-də Moskvada məsləhətləşmələr zamanı dördtərəfli nazirlər görüşünün planını müzakirə ediblər.

 

Xatırladaq ki, 28 dekabr 2022-ci ildə Moskvada Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılması səyləri çərçivəsində Rusiya, Suriya və Türkiyə müdafiə nazirləri arasında məsləhətləşmələr keçirilib. Görüş iştirakçıları üçtərəfli komissiyanın yaradılması barədə razılığa gəliblər. 

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...