Logo

"Gənclərə, yeniyetmələrə vətənpərvərlik hissini aşılayan kontentlər hazırlanmalıdır" - Deputat

"Gənclərə, yeniyetmələrə vətənpərvərlik hissini aşılayan kontentlər hazırlanmalıdır" - Deputat
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Təəssüflə qeyd etmək lazımdır ki, son dövrlər audiovizual, elektron formada yeniyetmələrə, uşaqlara uyğun kontekt hazırlanmır".

Sfera.az xəbər verir ki, bunu deputat Elşad Mirbəşiroğlu bildirib.

Millət vəkili gənclərə, yeniyetmələrə yönəlik vətənpərvərlik hissini aşılayan kontentlərin hazırlanmadığını qeyd edib:

"Bu da uşaqlarımızda kənar mədəniyyətlərin kök salmasını şərtləndirir. Bu, həm də təhlükəsizlik məsələsidir. Məsələn, 44 günlük müharibədə prezidentin rəhbərliyi altında ordumuzun qələbəsilə bağlı milli tarixi yaddaşın formalaşması istiqamətində çox da böyük işlər görməmişik. Buna görə gənclərə, yemniyetmələrə bu istiqamətdə audiovizual formada kontent təqdim edilməlidir. Belə olan halda uşaqlarda ilkin vətəndaşlıq hissi formalaşacaq, onlar kənar təsirlərə məruz qalmayacaq. Biz bu sahədə fəaliyyətsizlik göstərsək, bu boşluq başqaları tərəfindən doldurulacaq".

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR