Logo

Fransanın rəsmi qurumları təxribatçı fəaliyyətə son qoymalıdır - XİN

Fransanın rəsmi qurumları təxribatçı fəaliyyətə son qoymalıdır - XİN
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanın keçmiş işğal altında olan ərazilərində yaradılmış qondarma separatçı rejimin “nümayəndəsi” ilə qeyd edilən görüş qanunsuz rejimin təbliğatına hesablanıb və Azərbaycanın suverenliyi və ərazı bütövlüyünə qarşı fəaliyyət kimi qiymətləndirilir.

Sfera.az-a Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bunu qurumun mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadı yerli medianın sualını cavablandırarkən deyib.

O bildirib ki, Fransanın rəsmi qurumları bu kimi təhrikçi və təxribatçı fəaliyyətlərə son qoymalıdır.

Azərbaycan Respublikasının qanunvericiliyi, eləcə də beynəlxalq tanınmış qaydalara və normalara uyğun olaraq, Azərbaycanın suveren ərazilərində hər hansı bir humanitar fəaliyyət Azərbaycan hökuməti ilə razılaşdırılmalı və əlaqələndirilməlidir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR