İsrailin xarici işlər naziri Azərbaycana səfər edəcək
Kateqoriya məlum deyil
İsrailin xarici işlər naziri Eli Kohen apreldə Azərbaycana səfər edəcək.
Sfera.az xəbər verir ki, bunu E.Kohen martın 29-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.
“Nümayəndə heyətimiz ölkələrimiz arasında ticarət əlaqələrini yaxşılaşdırmaq üçün Azərbaycana səfər edəcək”, - İsrailin XİN başçısı bildirib.






