İran və Rusiya XİN rəhbərləri hansı məsələləri müzakirə ediblər? - Detallar AÇIQLANDI

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Moskvaya səfərinin məqsədindən danışıb.
Sfera.az İran mediasına istinadən xəbər verir, rusiyalı həmkarı ilə görüşən XİN rəhbəri görüşdə əsas müzakirə mövzusunun ikitərəfli əlaqələr olduğunu deyib:
"Müzakirələrimizin əsas istiqaməti ikitərəfli məsələlərin arxasınca getməkdir. Gündəliyimizdə əvvəlkindən daha çox aktivləşdirilməli olan çoxlu mövzular var. Biz də müzakirə edəcəyik. Gündəliyimizə daxil edilə biləcək mövzular arasında bölgədə mövcud olan böhranlara diqqət yetirmək, regional və beynəlxalq məsələlər də var”.
Əmir Abdullahian ABŞ-nin İran-Rusiya müdafiə əməkdaşlığı ilə bağlı narahatlığı ilə bağlı sualı cavablandıraraq, “Əlbəttə, müdafiə sahəsində əməkdaşlıq İran və Rusiyanın ortaq gündəmindəki məsələlərdən biridir. Lakin bizim əməkdaşlığımız heç bir tərəfə qarşı olmayacaq”– deyib.
Əzizə