Logo

"İranpərəst qruplara qarşı..." - ABŞ rəsmisindən AÇIQLAMA

"İranpərəst qruplara qarşı..." - ABŞ rəsmisindən AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"ABŞ öz bazalarına edilən hücumlardan sonra Suriyadakı hərbi mövcudluğunu azaltmaq niyyətində deyil və iranpərəst qruplara qarşı yeni cavab addımlarını istisna etmir".

Sfera.az xəbər verir ki, bunu "CBS" telekanalına müsahibəsində Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

Kirbi  ABŞ-nin Suriyadakı hazırkı hərbi mövcudluğunu saxlamaq niyyətində olub-olmaması ilə bağlı suala “Biz buna tam sadiqik” cavabını verib.

“İŞİD-i məhv etmək missiyamız dəyişməyəcək.Bunu etmək üçün Suriyada 1000-dən az əsgərimiz var. Bu, əvvəlkindən çox azdır, lakin kifayətdir və çox vacibdir. Ona görə də biz bu tapşırığı yerinə yetirməyə davam edəcəyik” - Kirbi qeyd edib.

Kirbi Suriyada iranpərəst qruplara qarşı daha çox cavab zərbələrinin endirilməsi ehtimalını istisna etməyib.

İnci

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR