Azərbaycan Qarabağ ermənilərini danışıqlar üçün növbəti dəfə Bakıya DƏVƏT ETDİ

Azərbaycan Qarabağ ermənilərini danışıqlar üçün növbəti dəfə Bakıya DƏVƏT ETDİ

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də təqdim edilmiş dəvətin davamı olaraq Qarabağın erməni ictimaiyyətinin nümayəndələrinə reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə aprel ayının birinci həftəsində Bakı şəhərində görüşün keçirilməsini təklif edib.

 

Maraqlıdır, erməni icması görüş təklifini necə dəyərləndirəcək? Görüş reallaşarsa, hansı məsələlər müzakirə oluna bilər?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən millət vəkili Arzu Nağıyev növbəti görüşdə ermənilərin reinteqrasiya məsələsinin aktual olacağını deyib:

 

“Məlum olduğu kimi, martın 1-də belə bir görüş təşkil olundu və görüşdə qanunverici orqanın nümayəndəsi, eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliinin nümayəndəsi iştirak etdi. Bu görüşdən sonra danışıqların kimlərəsə sərf etməməsi ortaya çıxdı. Bunu həm atəşkəsin pozulması, həm də təxribatların törədilməsi ilə müşahidə etdik. Bundan başqa, ermənilər reinteqrasiya təkliflərindən qəti şəkildə imtina etdilər. Lakin əsas məsələ də məhz erməni icmasının Azərbaycan cəmiyyətinə reinteqrasiya olmasıdır. Azərbaycan humanist addım ataraq ikinci dəfə martın 13-də belə bir görüş təklif etdi. Lakin separatçı qurumun rəhbəri heç bir fakta söykənməyən bəyanat verərək görüşlərin keçirilməsini qanunsuz statusla həyata keçirməyə çalışdılar”.

 

Millət vəkili Ermənistan tərəfindən göndərilən nümayəndənin xüsusilə seçilməli olduğunu vurğulayıb:

 

“Qarabağ məsələsi Azərbaycanın daxili işidir. Təbii ki, Ermənistanın havadarları, separataçı rejimi dəstəkləyən qüvvələr var və onlar proseslərə təsir etməyə çalışırlar. Lakin düşünək ki, sülhün bərqərar olması kimin ziyanına olacaq? Məsələn, Rusiyanın hərbi kontingenti sülhün bərqərar olmasında maraqlıdır. Düşünürəm ki, görüşün keçirilməsində iki tərəf də maraqlı olmalıdır. Separatçı qüvvələr, erməni icması öz gələcəklərini düşünürsə, uyğun şəxsləri nümayəndə kimi Bakıya göndərə bilərlər. Məlumdur ki, əgər dəvəti biz ediriksə, onların təhlükəsizlik məsələsi tam təmin olunacaq. Ona görə də erməni icması bu məsələyə kiminsə diqtəsi altında  yanaşmamalıdır”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqləndi

“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun Əsasnaməsi təsdiqlənib.   Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədo...

Dövlət Komitəsinin sədri Moskvada Beynəlxalq Müsəlman Forumunda çıxış etdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Sülh yolu: dialoq harmoniyalı birgəyaşayışın əsası kimi” mövzusunda XX Beynəlxalq M...

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçildi

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçilib.   Bu barədə Sfera.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlu...

Ərdoğan: "Biz Bəşər Əsədlə görüşməyə hazırıq"

Rəcəb Tayyib Ərdoğan Suriya ilə normallaşma prosesi ilə bağlı danışıb.   Sfera.az xəbər ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BM...

Şəhid polkovnik-leytenant Əkrəm Şadmanovun adına küçənin açılışı oldu

Bakının Binəqədi rayonunda antiterror şəhidi polkovnik-leytenant Əkrəm Şadmanovun adına küçənin açılışı olub.   Sfera.az xəbər verir ki, tədbirdə Bin...

Ərdoğan: İsrail Livana hücumları ilə müharibəni bölgəyə yaymağa çalışır

İsrailin Livana son hücumlar İsrail administrasiyasının müharibəni bölgəyə yaymaq planları ilə bağlı narahatlığımızı əsaslandırdı.   Sfera.az xəbər k...