Logo

Ramiz Mehdiyevin ailəsinə məxsus olan bankın rəhbəri İŞDƏN ÇIXDI

Ramiz Mehdiyevin ailəsinə məxsus olan bankın rəhbəri İŞDƏN ÇIXDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Bank BTB" ASC-nin İdarə Heyətinin sədri Emil Rzayev işdən çıxıb.

Sfera.az "Unikal"-a istinadən xəbər verir ki, onun vəzifəsini müvəqqəti olaraq I müavini Eldəniz Hüseynov icra edir.

Xatırladaq ki, "Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 66.5 mln. manatdır. Bankın səhmlərinin 75%-i Nigar İsmayıl qızı Mehdiyevaya, 19%-i Rza İsmayıl oğlu Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Ağa qızı Mahmudovaya məxsusdur.

Qeyd edək ki, "BTB Bank”nin əsas səhmdarı olan Nigar İsmayıl qızı Mehdiyeva Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin gəlinidir.

Nigar Mehdiyevanın həyat yoldaşı fövqəladə hallar nazirinin müavini general-mayor Teymur Mehdiyevdir. Ramiz Mehdiyevin nazir müavini olan yeganə oğlu da ölkənin aparıcı nəşriyyatlarından biri olan "Şərq-Qərb” ASC-nin əsas səhmdarı (96,5%) hesab olunur.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR