Logo

ATƏT-in Bakı ofisi bərpa oluna bilər

ATƏT-in Bakı ofisi bərpa oluna bilər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"ATƏT Azərbaycanla əməkdaşlığı gücləndirməyin yollarını axtarmaqda qərarlıdır. Bura ATƏT-in Bakıda ofisinin yenidən fəaliyyətə başlaması da daxildir".

Sfera.az xəbər verir ki, bu barədə ATƏT-in mətbuat xidmətindən APA-ya ATƏT-in Bakı ofisinin fəaliyyətinin bərpa olunmasının mümkünlüyü ilə bağlı verilən açıqlamada bildirilib.

Mətbuat xidmətindən onu da qeyd ediblər ki, bununla belə, ofisin fəaliyyət göstərməsi ilə bağlı qərar Azərbaycan, həmçinin ATƏT-ə üzv olan bütün ölkələr tərəfindən dəstəklənməlidir.

Qeyd edək ki, ATƏT Daimi Şurasının 26 iyul 2013-cü il tarixli qərarına əsasən, 1 yanvar 2014-cü il tarixindən etibarən ATƏT-in Bakı Ofisi ATƏT-in Bakı Layihə Əlaqələndiricisi statusuna transformasiya olunub. ATƏT-in Bakı Layihə Əlaqələndiricisi Alexis Şahtaxtinskinin təyinat müddəti isə 31 may 2015-ci il tarixində başa çatıb, bununla da, fəaliyyət dayanıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR