Putinin çinli həmkarı ilə görüşünün detalları AÇIQLANDI: “İzahatlar veriləcək”
“Putin və Si Cinpin Ukraynadakı münaqişə ilə bağlı Çin hakimiyyətinin təklif etdiyi sülh planını müzakirə edəcək”.
Sfera.az bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Fikir mübadiləsi zamanı bu və ya digər şəkildə bu planda qeyd edilən mövzuya toxunulacaq. Təbii ki, Ukrayna gündəmdə olacaq. Çin sədrinin hazırkı durumu anlaması üçün Putin tərəfindən hərtərəfli izahatlar veriləcək”, - Peskov söyləyib.
Qeyd edək ki, Çin liderinin Rusiyaya səfəri onun yenidən ölkə başçısı seçilməsindən sonra ilk xarici səfəri olacaq. Kremldən alınan məlumata görə, təkbətək söhbət zamanı onlar ən həssas məsələləri, o cümlədən beynəlxalq məsələləri müzakirə edəcəklər. Məlumata görə, səfər çərçivəsində Putin və Si Cinpin iki mühüm sənəd imzalayacaq. Onlardan biri 2030-cu ilə qədər münasibətlərin dərinləşdirilməsi, digəri isə əməkdaşlığın əsas sahələrinin inkişafı haqqındadır. Həmçinin bir sıra başqa sazişlərin olması da gözlənilir.
Günay Rəsulqızı






