Logo

Ərdoğan: "Türk dünyasının həmrəyliyini heç vaxt unutmayacağıq"

Ərdoğan: "Türk dünyasının həmrəyliyini heç vaxt unutmayacağıq"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünü uğurla başa çatdırdıq. Ölkəmizdə yaşanan zəlzələ və sel fəlakəti ilə əlaqədar təşkilatımızın üzvləri və müşahidəçi üzvlərlə birlikdə həmrəylik məqsədilə toplandıq. Zirvə görüşündə iştirak edən hörmətli qardaşlarımın hər birinə bir daha təşəkkürümü bildirirəm.

Sfera.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündən sonra mətbuata açıqlamasında deyib.

“Yaşadığımız fəlakət zamanı Türk dünyası olaraq nümayiş etdirdiyimiz həmrəyliyi, birlik və bərabərliyi heç vaxt unutmayacağıq”, - deyə Türkiyə Prezidenti bildirib.

Sammit çərçivəsində digər toplantıların da keçirildiyini vurğulayan Rəcəb Tayyib Ərdoğan keçən il Səmərqənd Zirvə görüşündə Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qoşulan Şimali Kipr Türk Respublikasının ilk dəfə bu tədbirdə iştirakından məmnunluğunu ifadə edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR