Logo

“Üçüncü Dünya müharibəsinin qarşısını yalnız mən ala bilərəm” - Tramp

“Üçüncü Dünya müharibəsinin qarşısını yalnız mən ala bilərəm” - Tramp
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“2024-cü ildə ABŞ prezidenti postuna yenidən seçilməyim ölkəni Üçüncü Dünya müharibəsindən xilas edəcək”.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ-nin keçmiş Prezidenti Donald Tramp Ayova ştatında tərəfdaşlarının mitinqində çıxışı zamanı deyib.

“Mən sizin qarşınızda bunu vəd edə biləcək yeganə namizəd qismində dayanıram – mən Üçüncü Dünya müharibəsinin baş verməsinin qarşısını alacam, çünki bu müharibənin olacağına inanıram. Biz hazırkı administrasiya ilə Üçüncü Dünya müharibəsinə gəlib çıxacağıq, çünki onlar düzgün danışmağı, doğru siqnallar göndərməyi bilmirlər”, - deyə Tramp qeyd edib.

Xatırladaq ki, Tramp daha əvvəlki açıqlamasında prezident seçiləcəyi təqdirdə Ukraynadakı müharibəni 24 saat ərzində həll edəcəyini vəd edib.

Qeyd edək ki, 76 yaşlı Tramp 2017-ci ildən 2021-ci ilə qədər ABŞ-yə rəhbərlik edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR