Logo

"Qarabağın erməniləri bunu anlamalıdır, əks halda..." - Politoloq

"Qarabağın erməniləri bunu anlamalıdır, əks halda..." - Politoloq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Ermənistan saytları xəbər yayıblar ki, “Azərbaycan Ermənistandan Qarabağa ötürülən qazı yenə kəsib”. Bu məsələyə birdəfəlik son qoymaq lazımdır".

Sfera.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

Ekspert Ermənistandan çəkilən boru xəttinin qanunsuz olduğunu qeyd edib:

"Ermənistandan Qarabağa çəkilən boru xətti də, ötürülən qaz da Azərbaycan qanunlarına, o cümlədən beynəlxalq hüquqa ziddir. Azərbaycan Xarici İşlər Nazirliyinin bu səpgidə bəyanat yaymasına ehtiyac var ki, kimsə bizi ittiham etməsin. Boru xətti işğal dövründə çəkilib və Ermənistan Azərbaycanla razılaşdırmadan, heç bir saziş imzalamadan ərazimizə qaz ötürür".

Ekspert qazla bərabər, digər kommunikasiya xətlərinin də ləğv ediləcəyini vurğulayıb:

"Azərbaycanda qaz mərkəzləşdirilmiş şəkildə paylaşdırılır, Qarabağın ermənilərinə anlatmalıyıq ki, qazın istifadəsini Azərbaycan qanunlarına uyğunlaşdırmaq lazımdır, əks halda Ermənistandan qanunsuz qaz ala bilməyəcəklər. Bu deyilənlər Ermənistandan Qarabağa ötürülən digər qanunsuz kommunikasiya xətlərinə də aiddir".

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR