Logo

"Putinlə danışıqlara hazıram" - Sauli Niinistö 

"Putinlə danışıqlara hazıram" - Sauli Niinistö
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Finlandiya Prezidenti Sauli Niinistö Rusiya lideri Vladimir Putinlə danışıqlara hazır olduğunu bəyan edib.

Sfera.az xəbər verir ki, o, bu barədə "Bloomberg"ə müsahibəsində bildirib.

“Deməliyəm ki, bundan hər hansı bir faydası olarsa, Vladimir Putinlə danışmağa tamamilə hazıram. Amma hazırda biz belə bir şey görmürük”, -  siyasətçi qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Finlandiya hakimiyyəti İsveçi gözləmədən NATO-ya qoşulmağa hazır olduqlarını təsdiqləyib. Finlandiya və İsveç 2022-ci ilin mayında NATO-ya üzv olmaq üçün birgə müraciət ediblər. Lakin Ankara İsveçin alyansa üzvlüyünə qarşıdır.

Əzizə

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR