Logo

Tərtərdə bir nəfər MİNAYA DÜŞDÜ

Tərtərdə bir nəfər MİNAYA DÜŞDÜ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün Tərtərdə mina partlayışı olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Sfera.az-ın sorğusuna cavab olaraq bildirilib ki, martın 9-u Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində 1989-cu il təvəllüdlü Yaquar Hadiyevin minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə məlumat daxil olub: “Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb”.

Hazırda qeyd edilən faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma davam etdirilir.

***

DİN Mətbuat xidmətinin Bərdə regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, 1989-cu il təvəllüdlü Yaquar Hadıyev piyada əleyhinə minaya düşüb.

O, polis əməkdaşları tərəfindən rayon mərkəzi xəstəxanasına çatdırılıb. Sol ayağı amputasiya olunub. Hazırda Tərtər RPŞ-də araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR