SEPAH-ın komandiri Suriyada öldürüldü
Kateqoriya məlum deyil
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat bölmələrindən birinin yüksək rütbəli iranlı komandiri Abbas Abdul Rada Al Elham və onun iki mühafizəçisi Suriyada öldürülüb.
Sfera.az xəbər verir ki, iranlı general Qasim Süleymaninin adamlarından olan komandir 2023-cü ildən kəşfiyyat bölməsinə rəhbərlik edib.
Qətlin pilotsuz uçuş aparatları ilə həyata keçirildiyi bildirilir.(Unikal)






