"ABŞ Rusiya və Çinə müqavimət göstərə bilməyəcək" - Qordon

ABŞ Rusiya və Çinə müqavimət göstərə bilməyəcək.

 

Sfera.az bildirir ki, bunu amerikalı hərbi jurnalist Maykl Qordon deyib.

 

O hesab edir ki, ABŞ-də hərbi texnika və sursat istehsalı xeyli azalıb: “ABŞ yalnız 2030-cu ilə qədər yeni silah növləri yaratmaqla Çin və Rusiya üzərində texnoloji üstünlük təmin edə biləcək. ABŞ kəşfiyyatına görə, Tayvanla bağlı Çinlə münaqişə daha əvvəl baş verə bilər”.

 

Jurnalist qeyd edib ki, son vaxtlar Vaşinqton əsas diqqətini Yaxın Şərqdəki terror qruplaşmalarına qarşı mübarizəyə yönəldir: “Eyni zamanda Rusiya və ya Çinlə münaqişə riski hər gün artır”.

 

Qeyd edək ki, son zamanlar yerli əhali ABŞ-nin Çinə görə Rusiya ilə qarşıdurmada uduzacağından qorxur. Bununla bağlı danışan ABŞ-nin təqaüdçü hərbçisi Noctis Draven deyib ki, ABŞ Ukrayna münaqişəsində Rusiyaya dəstək verən Çindən iqtisadi cəhətdən asılıdır.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR