Vilayət Eyvazov polis mayoruna yüksək VƏZİFƏ VERDİ
Kateqoriya məlum deyil
Gədəbəy Rayon Polis Şöbəsinin (RPŞ) rəisinə yeni müavin təyin edilib.
Sfera.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Gündüz Yusifov Gədəbəy RPŞ-nin rəisinin şəxsi heyətlə iş üzrə rəis müavini təyin edilib.
Qeyd edək ki, G.Yusifov bu təyinata qədər Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Ağstafa Xətt Polis Bölməsinin rəisi vəzifəsində çalışıb.(Report)






