ABŞ bu məsələdə Ukraynanı DƏSTƏKLƏMİR - İDDİA

ABŞ bu məsələdə Ukraynanı DƏSTƏKLƏMİR - İDDİA

ABŞ Administrasiyası hazırda Ukraynanın Krımı geri almaq planlarını birmənalı şəkildə dəstəkləmək istəmir və Vaşinqton bu məsələ ilə bağlı mövqeyini ictimaiyyətə açıqlamaqdan yayınmağa çalışır.

 

Sfera.az xəbər verir ki, bu barədə "The Hill" saytında məlumat verilib.

 

Məqalədə deyilir ki, Bayden Administrasiyası Krım məsələsində “qapını açıq saxlayır”. 

 

“ABŞ rəsmiləri Vaşinqtonun müharibədə qalib gəlmələri üçün nə qədər uzun olsa da Ukraynanı dəstəkləyəcəyini söyləsələr də, Kiyevin Krımdakı ambisiyalarına tam dəstək vermək istəmirlər. Krım üzərində nəzarəti bərpa etmək üçün lazım olan ağır silahlar, o cümlədən uzaq mənzilli raketlər, tanklar və təyyarələr Ukraynaya verilmir” - məqalədə deyilir. 

 


ABŞ-nin Avropadakı keçmiş milli kəşfiyyat zabiti Kris Çivvis isə Krımın risk altında olmasının siyasi gediş olduğuna diqqət çəkib:

 


“Onlar Krımın hərbi yolla Ukraynaya qaytarılacağına inanmasalar belə, rusların danışıqlar masasına oturması üçün üçün Krımı risk altında saxlamağın effektiv olduğuna inanırlar".

 

İnci

 


OXŞAR XƏBƏRLƏR