DİN-dən böyük əməliyyat - 17 nəfər SAXLANILDI + FOTOLAR

DİN-dən böyük əməliyyat - 17 nəfər SAXLANILDI + FOTOLAR

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının son iki həftə ərzində keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotiklərin qanunsuz dövriyyəsində və oğurluq əməlləri törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sfera.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində İran vətəndaşına narkokuryerlik etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

 

Onun rayon sakini, əvvəllər də külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsinə görə məhkumluq həyatı yaşamış Elşən Ağayev olduğu müəyyən edilib.

 

E.Ağayevin yaşadığı ünvanda aparılan axtarış zamanı polietilen bağlamalarda qablaşdırılmış, ümumi çəkisi 8 kiloqram heroin və 125 qram metamfetamin aşkar edilərək götürülüb. O, ifadəsində İran vətəndaşı ilə onlayn yolla əlaqə qurduğunu və ona təklif edilən narkotiki Abşeron rayonunun ərazisindən götürərək öz yaşadığı ünvana gətirdiyini bildirib. Həmçinin o, narkotiki Ağcabədi və ətraf rayonlarda satışını həyata keçirmək məqsədi ilə əldə etdiyini deyib. Lakin onun bu niyyətinin qarşısı polis əməkdaşları tərəfindən alınıb.

 

Şöbə əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi son əməliyyatlar zamanı isə daha 15 nəfər şübhəli qismində saxlanılıb. Saxlanılanlar barəsində cinayət işləri başlanılıb, həmin şəxslərin cinayət əlaqələrinin yoxlanılması istiqamətində tədbirlər davam etdirilir. Bu tədbirlər zamanı isə ümumilikdə çəkisi 10 kiloqrama yaxın müxtəlif adda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

 

Bundan başqa keçirilən digər tədbirlə rayon ərazisində yerləşən fərdi yaşayış evindən oğurluq etməkdə şübhəli bilinən bir nəfər də saxlanılıb. Həmin şəxsin rayon sakini Elnur Xanlarov olduğu müəyyən edilib. O, yaşayış evindən məişət əşyaları oğurlamaqla zərərçəkmiş şəxsə maddi ziyan vurub. Həmin əşyalar maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.

 

Qeyd edilən faktlarla bağlı Ağcabədi RPŞ-də cinayət işləri başlanılaraq araşdırmalar aparılır.


OXŞAR XƏBƏRLƏR

500 milyard parametrli süni intellekt yaradılacaq

Microsoft özünün ən böyük süni intellekt (AI) modelini inkişaf etdirəcək. Sfera.az xəbər verir ki, bu barədə “The Information” məlumat yayıb. ...

Özlərini özəl hiss edirlər: Eyni cinsdən dördəmləri oldu - FOTO

Texaslı (ABŞ) Mercedes Sandhu çox nadir eyni dördəmlər dünyaya gətirib. Körpələr xəstəxanadadır, qidalanma borusu vasitəsilə qida alır və xüsusi aparat vasitəsi...

“Çərşənbə”nin ikinci mövsümünün çəkilişləri başladı: Əsas aktyorlardan biri olmayacaq 

Məşhur “Netflix” serialının ikinci mövsümünün çəkilişlərinə başlanılıb. Bu barədə aparıcı aktrisa Cenna Orteqa İnstaqram səhifəsində məlumat verib. ...

24.000 illik körpə qalıqları insan tarixini yenidən yazdı

Təxminən 24500 il əvvəl Portuqaliyanın mərkəzindəki Lapedo vadisində 4 yaşlı uşaq kəfənə bükülmüş şəkildə dəfn edilib. Alimlərin kəşf etdiyi kimi, bu uşaqda həm...

Faşizm üzərində qələbədən 79 il ötür

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 79 il keçir.   Sfera.az xatırladır ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kim...

Putinlə Paşinyanın görüşü başladı

Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü keçirilir.   Sfera.az xəbər verir ki, bu barədə Kremlin mə...