Azərbaycanlı diplomat İsrail XİN-ə etimadnamə təqdim etdi

Siyasət
21:11 / 02.03.2023
45582
Azərbaycanın İsrailə yeni təyin olunmuş səfiri Muxtar Məmmədov etimadnaməsinin surətini bu gün İsrail Xarici İşlər Nazirliyinin Protokol xidmətinin rəisi Gil Haskelə təqdim edib.
Sfera.az xəbər verir ki, Gil Haskel Azərbaycan səfirinə fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, dövlət başçısının yanvarın 11-də imzaladığı digər sərəncamla Muxtar Məmmədov Azərbaycanın İsraildəki fövqəladə və səlahiyyətli səfiri təyin edilib.