Ramzan Kadırov: "Vladimir Putin olmasaydı..."
Kateqoriya məlum deyil
“Allaha and olsun, bu zamanda yaşadığım üçün hədsiz dərəcədə sevinirəm”.
Sfera.az bildirir ki, bunu Çeçenistan lideri Ramzan Kadırov deyib.
O, teleqram kanalında hazırkı dövrün tarix olduğunu vurğulayıb: “Rusiyanın dünyanın siyasi xəritəsindəki gələcək mövqeyini müəyyən edəcəyini düşünürəm. Ukrayna savaşının baş verdiyi çətin dövrümüzdə burada “Yeni Rusiya” doğulur – yəni qorxmaz qəhrəmanlar və fədakar işçilər ölkəsi”.
Kadırov həmçinin, Rusiya lideri ilə bağlı da fikirlərini bölüşüb. “Əgər dövlətin başında Vladimir Putin olmasaydı, o zaman ölkənin “qaçılmaz sonu” çatardı. Əsl xoşbəxtlik güclü və əyilməz şəxsiyyətin başçılıq etdiyi dövlətdə yaşamaqdır”, - o vurğulayıb.
Günay Rəsulqızı






