Nazir müavini təyin edilən xanım kimdir? - DOSYE

Siyasət
16:39 / 01.03.2023
10716
Xəbər verdiyimiz kimi, Səadət Vidadi qızı Yusifova Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini təyin edilib.
Sfera.az-ın məlumatına görə, Səadət Yusifova son təyinata qədər Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini vəzifəsində işləyib.
S.Yusifova 1974-cü ildə anadan olub. 1998-ci ildə “Hər gün” qəzetində jurnalist kimi fəaliyyət göstərib. Hüquq üzrə fəlsəfə doktorudur.
S.Yusifova həmçinin, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifəsində də çalışıb.